Bakı.Trend:
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) xüsusi təyinatlıları axtarışda olan bir neçə vətəndaşı xüsusi konvoyla ölkəyə gətirib. Həmin şəxslər terror aktları törətməkdə şübhəli bilinirlər.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
“Qeyd olunan şəxslər uzun müddət ölkə xaricində gizləniblər və MTK-nin axtarış elanları əsasında saxlanılıblar. Onlara qarşı cinayət məcəlləsinin müvafiq maddələri əsasında istintaq tədbirləri həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinin 1-ci hissəsinə əsasən, isitintaqla bağlı digər məlumatlar açıqlana bilməz”,-deyə MTK-nın məlumatında bildirilir.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi 2026-cı ilin əvvəlindən etibarən ölkədə terror ittihamı ilə 17 nəfərin məhkum edildiyini açıqlamışdı.
