UN-HABITAT-ın icraçı direktoru Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 12 May 2026 19:13 (UTC +04:00)
UN-HABITAT-ın icraçı direktoru Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

UN-HABITAT-ın icraçı direktoru Anaklaudiya Rossbax Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Trend-in məlumatına görə, o, bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin paylaşımı 17-22 may tarixlərində Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri ilə tanışlığa dair olub.

"WUF13-ə hazırlıq prosesinə göstərdiyi xüsusi diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edirik. Gələn həftə Bakı dünya birliyinin diqqətini şəhərlərin gələcəyinə, mənzil məsələlərinə və dayanıqlı şəhərsalma inkişafına yönəltməkdə mühüm rol oynayacaq", — deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti