ABŞ ordusunda islahatlar aparılacaq – Xüsusi komissiya yaradılıb

Dünya xəbərləri Materials 12 May 2026 14:45 (UTC +04:00)
ABŞ ordusunda islahatlar aparılacaq – Xüsusi komissiya yaradılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda və ABŞ Silahlı Qüvvələrində mövcud hüquqi münasibətlərin hərtərəfli təhlilini aparacaq, daha sonra isə genişmiqyaslı hüquqi islahat həyata keçirəcək xüsusi komissiyanın yaradıldığını elan edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri öz rəsmi “X”səhifəsində yazıb.

“Hərbi qulluqçularımıza təsir edən hərbi-hüquqi sistemimizin bütün aspektlərinin genişmiqyaslı, uzunmüddətli və bütün qurumu əhatə edən təhlilinin aparılması üçün xüsusi komissiya yaradıram. Bu komissiya etimadı möhkəmləndirəcək, Silahlı Qüvvələrimizi gücləndirəcək və real islahatlar həyata keçirəcək”,- deyə Heqset yazıb.

O əlavə edib ki, islahatların nəticəsində hərbi qulluqçuların ehtiyaclarına daha uyğun və daha əlçatan daxili hüquqi sistem formalaşdırılmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti