Bakı. Trend:
Hindistanın Baş naziri Narendra Modi Yaxın Şərqdəki böhranın nəticələri ilə əlaqədar olaraq, koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərə qayıtmağın zəruri olduğunu düşünür.
Trend-in məlumatına görə, bu barədə baş naziri Haydarabad şəhərində çıxış edərkən deyib.
Baş nazir xarici valyutaya qənaət etməyin və enerji idxalından asılılığı azaltmağın vacibliyini vurğulayıb. Bundan əlavə, N. Modi Hindistan vətəndaşlarının istehlak vərdişlərini yenidən nəzərdən keçirməli olduqlarını deyib.
"Xaricdə toy mərasimləri, xaricə səyahətlər və xaricdə istirahət mədəniyyəti orta təbəqə arasında geniş yayılmaqdadır. Bu böhran dövründə beynəlxalq səyahətləri ən azı bir il təxirə salmağa qərar verməliyik", - deyə o qeyd edib.