Növbəti köç karvanı Xocavəndə çatıb - Mənzillərin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 12 May 2026 14:49 (UTC +04:00)
Növbəti köç karvanı Xocavəndə çatıb - Mənzillərin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib.

Trend-in Qarabağ bürosunun məlumatına əsasən, Xocavənd şəhərinə 6 ailə (24 nəfər), Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər), Xocavənd kəndinə isə 6 ailə (20 nəfər) qayıdıb.

xxx
14:07

Xocavəndə növbəti köç prosesi çərçivəsində 18 ailə doğma yurdlarına çatıb.

Trend-in Qarabağ bürosunun məlumatına əsasən, Xocavənd şəhərinə 6 ailə (24 nəfər), Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər), Xocavənd kəndinə isə 6 ailə (20 nəfər) qayıdıb.

Sakinlərə yaşayacaqları mənzillərin açarları təqdim ediləcək.

xxx
12:20

Növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə yola düşüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər olub.

Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər köçürülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti