Bu gün 2-ci liqada çempion müəyyənləşə bilər

Maraqlı Materials 11 May 2026 12:17 (UTC +04:00)
Bu gün 2-ci liqada çempion müəyyənləşə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2-ci liqasında 26-cı tur davam edir.

Trend xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.

Lider "Xankəndi" "Şirvan"la, 2-ci yerdəki "Qaradağ Lökbatan" isə "Quba" ilə qarşılaşacaq. Sözügedən görüşlərlə sona 1 tur qalmış liqada çempion müəyyənləşə bilər.

Hazırda "Xankəndi"nin 70, "Qaradağ Lökbatan"ın 67 xalı var. "Qaradağ Lökbatan" uduzacağı halda "Xankəndi"yə 1 xal da bəs edəcək. Əgər 2-ci yerdəki komanda heç-heçə edərsə, lider kollektivə çempionluğu rəsmiləşdirmək üçün qələbə lazım olacaq. Lakin hər iki komanda uduzsa, heç-heçə etsə və ya qələbə qazansa, çempionluğun taleyi son tura qalacaq.

11 may (bazar ertəsi)

“Xankəndi” – “Şirvan”
Şamaxı OİK sadionu

“Qaradağ Lökbatan” – “Quba”
Lökbatan OİK stadionu

12 may (çərşənbə axşamı)

“Dinamo” – “Şəmkir”

10 may (şənbə)

“Araz Saatlı” - “Ağstafa Gəncləri” - 3:0

“Şəki Siti” - “Göygöl” - 1:2

“Ağdaş” - “Kür-Araz” - 2:1

Məqalədə:

Xəbər lenti

Xəbər lenti