Bakı. Trend:
Almaniyanın Münxen şəhərində parataekvondo üzrə Avropa çempionatına start verilib.
Trend xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajzak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün paralimpiyaçı finala vəsiqə qazanıb.
Finalda isə israilli paralimpiya çempionu Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.
