Bakı. Trend:
Böyük Britaniya Leyborist Partiyası İngiltərədəki yerli şuralara, eləcə də Uels və Şotlandiya parlamentlərinə keçirilən seçkilərdə 1500-dən çox yer itirib.
Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.
Leyboristlər İngiltərədəki 40 yerli şura üzərində nəzarəti itirərək 1000-dən bir qədər çox yerini saxladılar. Bundan əlavə, tarixində ilk dəfə olaraq Uels Parlamentindəki çoxluğunu itiriblər.
Mühafizəkarlar Partiyası da İngiltərənin yerli şuralarında 500-dən çox yer itirdi. Partiyanın hazırda 801 nümayəndəsi var.