ABŞ ordusu Sakit Okeanda gəmini vurub

Dünya xəbərləri Materials 9 May 2026 13:59 (UTC +04:00)
ABŞ ordusu Sakit Okeanda gəmini vurub

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan gəmini vurub.

Trend xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

"Xüsusi Təyinatlı Qrupu cinayətkar təşkilat tərəfindən idarə olunan gəmini vurub. Kəşfiyyat məlumatları onun Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini göstərib. Əməliyyat zamanı iki narko-terrorçu öldürülüb", - deyə açıqlamada bildirilir.

Ötən ilin sentyabr ayından bəri ABŞ Karib dənizində və Şərqi Sakit Okeanda narkotik daşıyan gəmilərə 56 hücum həyata keçirib. Amerika kəşfiyyatı gəmilərin narkotik daşıdığını iddia edir. Hücumlar nəticəsində 190 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti