Almaniyada böhran dövrü üçün nəzərdə tutulan min avroluq ödəniş təsdiqlənməyib

Dünya xəbərləri Materials 9 May 2026 08:43 (UTC +04:00)
Almaniyada böhran dövrü üçün nəzərdə tutulan min avroluq ödəniş təsdiqlənməyib

Bakı. Trend:

Almaniya Bundesratı işçilərə böhranla əlaqədar 1000 avro məbləğində birdəfəlik yardımın verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyib.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Məlumata əsasən, Almaniya kansleri Fridrix Merts və maliyyə naziri Lars Klinqbayl daha əvvəl enerji böhranı səbəbindən vətəndaşlara birdəfəlik maliyyə dəstəyi göstəriləcəyini açıqlamışdılar.

Layihəyə görə, işəgötürənlər əməkdaşların hesablarına vergidən azad şəkildə 1000 avro köçürməli idilər.

Bundesratın qərarı nəticəsində isə həmin təşəbbüs həyata keçirilməyəcək.

Xəbər lenti

Xəbər lenti