Bakı.Trend:
Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə dünən şəhər ərazisində qeydə alınıb.
Belə ki, Mustafayev Vicay Vilyam oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil hərəkətdə olarkən piyada, 2019-cu il təvəllüdlü Rəsulov Misirxan Murad oğlunu vurub.
Nəticədə azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
