Bakı. Trend:
ABŞ ilə İran arasında atışmadan sonra Hörmüz boğazı yaxınlığında və sahil şəhərlərində vəziyyət normallaşıb.
Trend-in məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı xəbər verib.
"Son bir neçə saat davam edən atışmadan sonra İran adalarında və Hörmüz boğazı yaxınlığındakı sahil şəhərlərində vəziyyət normallaşıb", - deyə bildirilib.