Bakı. Trend:
ABŞ ilə İran arasında atəşkəs rejimi ABŞ-ın İslam Respublikasındakı hədəflərə zərbələr endirməsinə baxmayaraq, hələ də qüvvədədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp ABC News jurnalisti Reyçel Skotta deyib.
"Xeyr, atəşkəs davam edir, qüvvədə qalır", - deyə o bildirib.
D. Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə edilən hücumlara cavab olaraq ABŞ ordusunun hərəkətlərini "yüngül itələmə" adlandırdı.