Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiyaya cəlb olunub (FOTO)

Cəmiyyət Materials 7 May 2026 12:35 (UTC +04:00)
Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiyaya cəlb olunub (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

33 nəfər ukraynalı tələbə ölkəmizə gətirilərək burada sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilir.

Bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, 8 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlərə, ustad dərslərinə cəlb olunması nəzərdə tutulub.

Həmçinin, ukraynalı gənclərə Azərbaycan mədəniyyəti və incəsənəti, ölkəmizin tarixi və görməli yerləri, milli mətbəxlə yaxından tanış olmaq imkanı yaradılır.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Xəbər lenti

Xəbər lenti