Azərbaycanda axtarış sistemləri arasında "Google"un bazar payı açıqlanıb

İqtisadiyyat Materials 6 May 2026 17:36 (UTC +04:00)
Azərbaycanda axtarış sistemləri arasında "Google"un bazar payı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 90,02% təşkil edib.

Trend bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir ki, bu, mart ayına nisbətən 0,17 faiz bəndi çoxdur.

İkinci pillədəki "Bing"in bazar payı aylıq müqayisədə 0,01 faiz bəndi artaraq 5,14%-də qərarlaşıb.

Növbəti yerdə qərarlaşan "Yahoo"nun bazar payı ay ərzində 0,02 faiz bəndi artaraq 1,5% olub.

Dördüncü yerdəki "Yandex"in bazar payı ay ərzində 0,11 faiz bəndi azalaraq 1,19% təşkil edib.

İlk beşliyi qapadan "DuckDuckGo"nun bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq 0,71% olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti