Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın
temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer
təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75%
olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda
gecə 2-7° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
