Azərbaycanda rəqəmsal transformasiyanın institusional əsasları formalaşdırılır - Saməddin Əsədov

Telekommunikasiya Materials 6 May 2026 11:02 (UTC +04:00)
Azərbaycanda rəqəmsal transformasiyanın institusional əsasları formalaşdırılır - Saməddin Əsədov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Aqrar sektor qlobal miqyasda transformasiya olunan sistemə çevrilib və bu dəyişikliklərin mərkəzində texnologiya dayanır.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda “Caspian Agro Week” çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən bildirib.

O qeyd edib ki, aqrar texnologiyalar bazarı sürətlə genişlənir və bu artım obyektiv zərurətdən irəli gəlir:

“2025-ci ildə qlobal aqrar texnologiya bazarı 25 milyard dollara çatıb. Proqnozlara əsasən, növbəti 10 il ərzində bu rəqəm 75 milyard dollara yüksələcək”.

Nazir müavininin sözlərinə görə, dünya artan ərzaq tələbatı ilə üz-üzədir:

“BMT-nin proqnozlarına görə, növbəti 25 ildə əvvəlki minilliklərdən daha çox ərzaq istehsalı tələb olunacaq. Lakin resursların məhdudluğu bu prosesi daha da çətinləşdirir və yalnız data əsaslı texnoloji həllər bu çağırışa cavab verə bilər”.

S.Əsədov bildirib ki, aqrar sahədə uğurlu beynəlxalq təcrübələr mövcuddur:

“Hollandiya və İsrail kimi ölkələr kənd təsərrüfatını bilik və texnologiya üzərində quraraq qlobal liderə çevriliblər. Bu, göstərir ki, rəqabət üstünlüyü resursların həcmindən deyil, onların idarə olunmasından asılıdır”.

Nazir müavini əlavə edib ki, Azərbaycanda da aqrar sahənin rəqəmsal transformasiyası istiqamətində mühüm addımlar atılır:

“İstehsaldan ixraca qədər bütün zəncirin rəqəmsal platformalarda idarə olunması ölkəmizin aqrar ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər”.

S.Əsədov vurğulayıb ki, Azərbaycanda rəqəmsal transformasiyanın institusional əsasları formalaşdırılır: “Rəqəmsal İnkişaf Şurasının yaradılması bu prosesin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti