Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində texnologiyaların ötürülməsində maraqlıdır

İqtisadiyyat Materials 6 May 2026 09:36 (UTC +04:00)
Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində texnologiyaların ötürülməsində maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində maraqlıdır.

Trend bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Kknd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") sərgisi çərçivəsində Azərbaycanda səfərdə olan Moldova Respublikası Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ilə görüşüb.

Nazir müavini onlara Caspian Agro sərgisi, həmçinin Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verib. Bildirib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlıq üçün ən perspektiv sahələrdən biridir. Nazir müavini Moldovanın üzümçülük və şərabçılıq sahəsində zəngin tarixə və uğurlu təcrübəyə malik olduğunu və bu sahədə qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.

Moldova Respublikası Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti