Dünya neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşır - "Goldman Sachs"

Dünya xəbərləri Materials 5 May 2026 17:59 (UTC +04:00)
Dünya neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşır - "Goldman Sachs"
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hörmüz boğazı vasitəsilə neft-qaz tədarüklərinin hələ də məhdud olması fonunda dünya üzrə hasil edilmiş neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşır və onların azalması tempi ciddi narahatlıq doğurur.

Trend xəbər verir ki, bu barədə dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”ın təqdim etdiyi qiymətləndirmədə qeyd olunur.

Bankın məlumatına görə, dünya üzrə anbarlarda mövcud olan ümumi neft ehtiyatları cəmi 101 günlük istehlakı qarşılamağa kifayət edir və bu göstərici may ayının sonunadək 98 günə qədər azala bilər.

"Goldman Sachs" əlavə edib ki, ümumi qlobal ehtiyatların bu yay minimal əməliyyat səviyyələrinə çatması ehtimalı az olsa da, onların tükənmə sürəti, eləcə də bəzi regionlarda və müəyyən məhsullar üzrə tədarük itkiləri narahatlıq doğurur. Bankın qiymətləndirməsinə əsasən, neft emalı məhsullarının dünya üzrə kommersiya ehtiyatları ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına başlamazdan əvvəlki 50 günlük istehlak səviyyəsindən hazırda 45 günlük istehlak səviyyəsinə enib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti