Bakı. Trend:
Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı
ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil
edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı
var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı
yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə
arabirgüclənəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda
gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.
