Bitkoin son üç ayın ən yüksək səviyyəsinə çatıb

Dünya xəbərləri Materials 5 May 2026 05:21 (UTC +04:00)
Bitkoin son üç ayın ən yüksək səviyyəsinə çatıb

Bakı. Trend:

Bitkoinin qiyməti 79,5 min dollara qədər yüksələrək son üç ay üzrə maksimum göstəricini yeniləyib.

Trend xəbər verir ki, bazarda müşahidə olunan optimizm Yaxın Şərqdə gərginliyin azalması və ABŞ-də pul-kredit siyasətinin yumşaldılacağına dair gözləntilərlə əlaqələndirilir.

Məlumata görə, Senatın Kevin Uorşun ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləməsi faiz dərəcələrinin daha tez endiriləcəyi ilə bağlı gözləntiləri gücləndirib. Hazırkı FES rəhbərinin səlahiyyət müddəti mayın 15-də başa çatır.

Qeyd edilir ki, digər kriptovalyutalar üzrə artım tempi Bitkoin ilə müqayisədə xeyli zəif qalır.

Xəbər lenti

Xəbər lenti