Niderlandda benzinlə işləyən maşınların reklamı qadağan olundu

Dünya xəbərləri Materials 4 May 2026 21:00 (UTC +04:00)
Niderlandda benzinlə işləyən maşınların reklamı qadağan olundu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Mayın 1-dən etibarən Niderlandın paytaxtında hamburgerlərin, benzinlə işləyən avtomobillərin və aviaşirkətlərin reklam və elanları tramvay dayanacaqlarından, metro stansiyalarından, eləcə də yollardakı reklam lövhələrindən yığışdırılıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Şəhər rəsmiləri bildirirlər ki, bu təşəbbüs Amsterdamın küçə mühitini yerli hakimiyyət orqanlarının ekoloji məqsədlərinə uyğunlaşdırmağa yönəlib.

Buna əsasən, Niderlandın paytaxtı 2050-ci ilə qədər “sıfır karbon” hədəfinə nail olmuş şəhərə çevrilməli, yerli sakinlər isə eyni müddət ərzində ət istehlakını yarıya qədər azaltmalıdırlar.

Qeyd olunur ki, ət məhsulları Amsterdamın açıq hava reklam bazarında nisbətən kiçik paya malik olub - təxminən reklam xərclərinin 0,1%-i, halbuki fossil yanacaqla əlaqəli məhsullar üzrə bu göstərici təxminən 4%-dir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti