Ötən ay 121 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Hadisə Materials 4 May 2026 15:05 (UTC +04:00)
Ötən ay 121 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq hesabatında qeyd edilib.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 121 kiloqram 249 qram narkоtik vasitə və 23647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silah və ona məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti