"Bank Respublika" sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2026 10:19 (UTC +04:00)
"Bank Respublika" sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib

Bakı. Trend:

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən "Bank Respublika" 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34 GÜN - 34% ENDİRİM” adlı mikro kredit kampaniyasına start verib.

Kampaniya çərçivəsində bankdan mikro və aqro kredit götürən müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək ENDİRİM əldə edə biləcəklər.

Kampaniyanın digər özəllikləri:

Məbləğ: 100 000 AZN-dək;
Müddət: 48 ayadək;
İllik faiz dərəcəsi - min. 10%
Güzəşt müddəti: 12 ayadək;
Zaminsiz və tranşla kredit imkanı;
Təminatdan asılı olaraq komissiyasız kredit;
Kredit xətti açılması imkanı;
Sərbəst ödəniş qrafiki

Kampaniya 06 iyun 2026-cı il tarixinədək davam edəcək.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Xəbər lenti

Xəbər lenti