Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs olundu (VİDEO)

Cəmiyyət Materials 2 May 2026 15:52 (UTC +04:00)
Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs olundu (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, naməlum şəxs bir nəfərin cibindən pul, bank kartları və sənədlər olan pul kisəsini, eləcə də mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənin sərxoş vəziyyətdə olması səbəbindən müqavimət göstərə bilmədiyi bildirilir.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti