İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib

Dünya xəbərləri Materials 2 May 2026 21:37 (UTC +04:00)
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri bir gündə Livanın cənubunda Hizbullahın 120 hədəfini məhv edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror hədəflərinə zərbələr endirib və Livanın cənubundakı İsrail Müdafiə Qüvvələrinin mövqeləri yaxınlığında fəaliyyət göstərən terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif ərazilərdə "Hizbullah"ın 70 hərbi obyekt və 50 infrastruktur obyekti məhv edilib", - deyə qeyd olunub.

Bildirilib ki, məhv edilən hədəflər arasında "Hizbullah" komandanlıq mərkəzləri" və "silah anbarları" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti