Qarabağ intensiv templərlə inkişaf edir - Belarus səfiri

Cəmiyyət Materials 1 May 2026 15:24 (UTC +04:00)
Qarabağ intensiv templərlə inkişaf edir - Belarus səfiri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağın nə dərəcədə intensiv inkişaf etdiyini, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini görürük.

Trend xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində jurnalistlərə bildirib.

“Xoşbəxtlikdən, artıq neçə vaxtdır ki, buraya mütəmadi gəlmək və Qarabağın nə qədər intensiv inkişaf etdiyini, genişmiqyaslı infrastruktur layihələrinin necə həyata keçirildiyini müşahidə etmək imkanına malikəm. Biz regionun müxtəlif nöqtələrinə uçuruq – məsələn, Füzulidə möhtəşəm hava limanını görürük, müasir avtomagistrallarla hərəkət edirik. Şübhəsiz ki, infrastruktur, nəqliyyat və energetika obyektləri aktiv şəkildə tikilir, sənaye zonaları yaradılır. Hazırda isə Qarabağ Universiteti kimi güclü təhsil layihəsinin həyata keçirildiyi Xankəndidəyik”, – deyə o bildirib.

D. Pineviç vurğulayıb ki, bugünkü səfərin Xocalı soyqırımı memorialının ziyarəti ilə başlanması çox önəmlidir.

“Bu, "Böyük Qayıdış" proqramının simvolizmini əks etdirir. Xalqın yaddaşı onun gələcəyidir və biz bunun təcəssümünü bu gün burada görürük”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti