Bakı. Trend:
2026‑cı ilin mart ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 570 milyon manat, sayı isə 5,347 milyon ədəd təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Ötən ilin mart ayı ilə müqayisədə AÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 476,2 milyon manat və ya 6,1 dəfə, əməliyyatların sayı isə 5,273 milyon vahid və ya 72,3 dəfə artıb.
Xatırladaq ki, 2025‑ci ilin mart ayında ölkədə AÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 93,8 milyon manat, sayı isə 74 min vahid olub.
Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib.
