Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Sumqayıt" saat 16:00-da Yevlaxda "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
"Kimyaçılar" 38 xalla yeddinci, Gəncə klubu isə 21 xalla onuncudur.
"Araz-Naxçıvan" isə saat 18:30-da "İmişli"ni Sumqayıtda sınağa çəkəcək.
Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncudur.
Tura mayın 4-də yekun vurulacaq.
