Bakı.Trend:
Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan
saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta
elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin
etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi
ziyan vurub.
Şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni
kəsib.
Araşdırmalar davam etdirilir.
