Bakı. Trend:
Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam
onlayn əldə et!
Yelo Bank korporativ müştəriləri üçün rəqəmsal xidmətlərini
genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik
sayəsində hüquqi şəxs və fərdi sahibkarlar artıq tender
qarantiyasını banka gəlmədən, İnternet Bankçılıq platforması
üzərindən tam onlayn əldə edə bilərlər.
Artıq bütün proses – müraciətdən sənədin alınmasına qədər – tam
rəqəmsallaşdırılıb. Bu da sahibkarları banka gəlmək və ya fiziki
növbələrdə vaxt itirmək kimi qayğılardan azad edərək, diqqətlərini
yalnız öz biznes layihələrinə yönəltməyə imkan yaradır.
Yeni xidmətin əsas üstünlükləri:
✔️ Tam onlayn proses;
✔️ Müddət seçimində sərbəstlik;
✔️ Sürətli icra və nəticə!
Xidmət hazırda Bankın mövcud müştəriləri üçün keçərlidir.
Sahibkarlar Yelo İnternet Bankçılıq portalına daxil olaraq cəmi bir
neçə dəqiqə ərzində öz tender öhdəliklərini təmin edə bilərlər.
Yelo Bank real sektorun ehtiyaclarını dərindən analiz edərək,
sahibkarların gündəlik fəaliyyətini sadələşdirən innovativ həllər
təqdim etməyə davam edəcək. Daha ətraflı məlumat: https://ylb.az/ibank.
Kredit məbləğini kredit kalkulyatoru ilə
hesabladıqda əlavə suallarınız yaranır? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!