Cənub-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımalarının həcmi artıb

İqtisadiyyat Materials 1 May 2026 13:55 (UTC +04:00)
Cənub-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımalarının həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə Cənub-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşınmış yüklərin ümumi həcmi 533 min ton təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici öncəki ilin göstəriciləri ilə müqayisədə 138,8 min ton və ya 35 faiz çoxdur.

Belə ki, 2024-cü ildə Cənub-Qərb dəhlizi ilə daşınmış yüklərin həcmi 394,2 min ton təşkil edirdi.

Qeyd edək ki, ümumilikdə 2025-ci ildə nəqliyyat dəhlizləri ilə Azərbaycandan dəmiryolu nəqliyyatı ilə 400,7 milyon ton, avtomobil nəqliyyatı ilə 151,7 milyon ton, dəniz nəqliyyatı ilə 259,5 milyon ton yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti