Bakı. Trend:
Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən
şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 %
olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı
yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda
gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
