ABŞ-də qanlı bank qarəti – İki əməkdaş öldürüldü

Dünya xəbərləri Materials 1 May 2026 12:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kentukki ştatında qanlı bank qarəti baş verib. Cinayətkar Berea şəhər bankında iki bank əməkdaşını qətlə yetirib, hadisə yerindən qaçıblar.

Trend bu barədə ABŞ mediasına istinadən xəbər verir.

Məlumata görə, qurbanlar “U.S. Bank”ın yerli şöbəsində çalışan kişi və qadın olub.

Yerli polis bölməsi Federal Təhqiqatlar Bürosu və digər federal qurumların əməkdaşları ilə birgə qatilin axtarışını həyata keçirir. Şübhəli şəxs 190 sm boyunda bir kişi olub.

Digər təfərrüatlar hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti