Saxta xəbərlər, hibrid təhdidlər və süni intellektdən sui-istifadə halları artır - Nazir müavini

Telekommunikasiya Materials 1 May 2026 10:48 (UTC +04:00)
Saxta xəbərlər, hibrid təhdidlər və süni intellektdən sui-istifadə halları artır - Nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Saxta xəbərlər, hibrid təhdidlər və süni intellektdən sui-istifadə halları artmaqdadır.

Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda bildirib.

"Bu amillərin ölkənin imicinə, daxili ictimai həyatına və beynəlxalq sabitliyə təsiri nəzərə alınaraq, media bu istiqamətdə daha diqqətli olmalıdır. Mediada yayılan bu kimi hallar ictimai rəyi formalaşdırmaq və dəyişdirmək gücünə malikdir. Son 15 ildə dünya üzrə milyonlarla insan internetdən əsasən sosial platformalara çıxış üçün istifadə edir.

Son 5 ildə isə xəbərlərin 50 faizdən çoxu insanlar tərəfindən məhz bu platformalar vasitəsilə əldə olunur. İnkişaf etmiş ölkələrdə əhalinin 90 faizdən çoxu bu imkanlara malikdir. İnkişaf etməkdə olan ölkələrdə isə bu göstərici nisbətən aşağıdır", - deyə o, bildirib.

Nazir müavini məktəblərin internetə çıxışı məsələsinə də toxunub. O qeyd edib ki, hazırda məktəblərin 63 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulub:

"Növbəti mərhələdə isə fiber-optik internetə keçid üçün dəstək göstəriləcək. Məktəblərdə hazırda hər altı şagirdə bir kompüter düşür. Hədəfimiz isə hər şagirdin fərdi kompüterlə təmin olunmasıdır. Media mühiti də sürətli transformasiyaya məruz qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti