Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib (FOTO)

Cəmiyyət Materials 1 May 2026 11:14 (UTC +04:00)
Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Trend xəbər verir ki, təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.

2019-2023-cü illərdə Medistyle Hospitalda ümumi cərrah, 2023-2025-ci illərdə isə Yeni Klinikada ümumi cərrah olaraq fəaliyyət göstərib. 13.01.2025-ci il tarixindən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.

H.Lətifov 2007-ci ildə Rusiyada “Diaqnostika laparoskopiya, Operativ laparoskopiya” üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın “Galaxy Care” Laparoskopiya İnstitunda “Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya” kursunu tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti