Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb

Dünya xəbərləri Materials 30 Aprel 2026 21:27 (UTC +04:00)
Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya təhlükəsizlik xidmətləri Böyük Britaniyada terror təhlükəsi səviyyəsini "əhəmiyyətli"dən "ciddi"yə (beşdən 4-cü səviyyə) qaldırıb.

Trend-in məlumatına görə, bu barədə Birgə Terrorizm Təhlili Mərkəzinin açıqlamasında bildirilib.

"Birləşmiş Krallıqda (İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya) terrorizmin bütün formalarından gələn təhlükə ciddidir", - deyə o bildirib.

Təhlükə səviyyəsi 29 apreldə Londonun şimalında baş verən və terror aktı kimi qiymətləndirilən antisemit hücumdan sonra artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti