Neftçilər Xəstəxanasına direktor təyin edilib

Cəmiyyət Materials 1 May 2026 11:20 (UTC +04:00)
Neftçilər Xəstəxanasına direktor təyin edilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.

Trend xəbər verir ki, Z.Xəlilov 1997-1998-ci illərdə Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra, 1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspiranturanı tamamlayıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.

2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.

Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti