Diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər

Siyasət Materials 1 May 2026 13:31 (UTC +04:00)
Diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.

Trend xəbər verir ki, qonaqlar Xankəndidəki Zəfər parkını ziyarət ediblər.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.

Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti