Bakı. Trend:
Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Trend-in məlumatına görə, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq hesablamalar aparıb və işlərə start verib.
Belə ki, qurum İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisinin 44,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam rayonuna səfər edərkən burada Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təmələni qoyub. Ağdam İşğal və Zəfər muzeyi kompleksinin ümumilikdə 22,5 hektar ərazini əhatə etməsi nəzərdə tutulur.
