Bakı. Trend:
İran paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.
Trend-in məlumatına görə, bu barədə İran mediası xəbər verib.
Məlumata əsasən, Tehranın bir neçə ərazisində hava hücumundan müdafiə sistemlərinin səsləri eşidilir.
Bildirilib ki, hava hücumundan müdafiə sistemi "kiçik dronlar və kəşfiyyat pilotsuz uçuş aparatları"nın hücumlarını dəf edir.
