Bakı. Trend:
İsrail Hava Qüvvələri "Hizbullah" tərəfindən buraxılmış azı 4 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
Dronlardan biri Livan-İsrail sərhədini keçərək Roş Hanikra rayonunda həyəcan təbillərinin işə düşməsinə səbəb olub. Digər üç dron isə İsrail sərhədinə çatmamış Livanın cənubunda zərərsizləşdirilib.
Qeyd edək ki, Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.
İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.
