Mərkəzi Bank “Baku Pay” MMC-yə icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 1 May 2026 11:50 (UTC +04:00)
Mərkəzi Bank “Baku Pay” MMC-yə icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, bu barədə qərar “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqədar məcmu kapitalın minimum miqdarı tələbinin pozulması halının aradan qaldırılması məqsədilə qəbul olunub.

Məlumata görə, Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, məcmu kapitalın minimum miqdarının qanunvericiliklə müəyyən edilmiş həddən aşağı düşməsinin öncədən izlənilməsi və vaxtında müvafiq tədbirlərin görülməsi ilə bağlı tədbirlər çərçivəsində “Baku Pay” MMC-yə müvafiq göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti