Bakı. Trend:
Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir:
"Nazirliyin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb. Bununla yanaşı, Nazirliyin sosial sifarişi ilə icra olunan “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində cari il ərzində 168 nəfər baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşağa sosial xidmət göstərilir", - nazir qeyd edib.
