Bank kreditlərinin yarıdan çoxu biznesə yönəlib: ən böyük pay iri sahibkarlara düşür

İqtisadiyyat Materials 1 May 2026 10:56 (UTC +04:00)
Bank kreditlərinin yarıdan çoxu biznesə yönəlib: ən böyük pay iri sahibkarlara düşür
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat) paya malik olub.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 156,8 milyon manat və ya 1%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,6% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,514 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 125 milyon manat və ya 1,5%, ötən ilin eyni dövrünə nisbətən isə 153,1 milyon manat və ya 1,8% artım deməkdir.

Eyni zamanda bu ilin aprelin 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,293 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 22,5 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 322,6 milyon manat və ya 16,4% çoxdur.

Həmçinin 2026-cı ilin aprelin 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,732 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 10 milyon manat və ya 0,6%, illik müqayisədə isə 200,4 milyon manat və ya 13,1% artım deməkdir.

Bundan başqa, bu ilin aprelin 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,676 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 0,7 milyon manat və ya 0,02% az, illik müqayisədə isə 603,7 milyon manat və yaxud da 20% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti