Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib - Səbinə Əliyeva

Cəmiyyət Materials 30 Aprel 2026 16:07 (UTC +04:00)
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib - Səbinə Əliyeva
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və ölkədə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilib.

Trend xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva bu gün Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər, habelə respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri cəmiyyətin sosial rifahının və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir:

"Cari ildə Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Bununla yanaşı, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib".

Ombudsman qeyd edib ki, birgə tərəfdaşlıq və səylər nəticəsində ailə münasibətlərinin inkişafına, qadın və uşaqların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təmininə nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti