İnşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 30 Aprel 2026 17:56 (UTC +04:00)
İnşaat və tikinti sektoruna kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,869 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 8,2 milyon manat və ya 0,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2 milyon manat və ya 2,6% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti