Bakı. Trend:
ABŞ-nin Takoma şəhərindəki Henri Foss adnı məktəbdə baş verən bıçaqlanma nəticəsində beş nəfər - dörd şagird və bir mühafizəçi yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "CBS News" televiziya kanalı polis və yanğın xidmətinə istinadən xəbər verib.
Takoma polisinin mətbuat katibi Şelbi Boydun sözlərinə görə, mümkün hücum barədə məlumat yerli vaxtla saat 13:30 radələrində daxil olub.
Bildirilib ki, hadisə yerinə gələn polislər dörd yaralı tələbə və yaralı bir mühafizəçi tapdılar. Şübhəli şəxs kampusda saxlanılaraq tibb işçilərinə təhvil verilib.
Takoma Yanğından Mühafizə Xidməti dörd nəfərin vəziyyətinin ağır olduğunu, digərinin isə yüngül xəsarət aldığını bildirib.
