"SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər açıqlandı

Energetika Materials 30 Aprel 2026 18:34 (UTC +04:00)
"SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında "SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər 57 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-mart aylarındakı göstəricilərlə müqayisədə təxminən 2 milyon dollar və ya 3,4 faiz çoxdur.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

"AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.

Bu göstərici 2025-ci ilin yanvar-fevral aylarındakı göstəricilərlə müqayisədə təxminən 9,1 milyon dollar və ya 41,7 faiz çoxdur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti