Təxirə salınmış "Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlanıb

İdman Materials 29 Aprel 2026 18:00 (UTC +04:00)
Təxirə salınmış "Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlanıb

Bakı. Trend:

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" – "Qarabağ" matçının təyinatları açıqlanıb.

Trend Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-da "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti